sual-cavab

Bəzi suallarınız var?

Sual-cavab bölməmizə xoş gəlmisiniz !

owltourism.az Haqqında

Owltourism.az  – Ovvl Travel MMC – nin məhsuludur. Saytımızda siz turizmlə əlaqəli həm məlumatlar, həm rezervasiyalar, həm konsultasiyalar ala bilərsiniz.

Saytımız sadəcə şirkətimizin xidmətlərinin satışı məqsədli deyil, turistlər üçün çox faydalı ola biləcək Blog bölməmiz, Xidmətlər, Ekskursiyalar və Otel/Aviabilet bölmələrində hərkəs birbaşa olaraq beynəlxalq şirkətlərdən girib rezervasiya edə bilər

Bloq bölməmizdə mütəmadi olaraq, dünya turizm sənayesində baş verən yenilikləri, müxtəlif kampaniyaları, kəşf edə biləcəyiniz yeni istiqamətləri izləyə bilərsiniz.

Şirkətimizin mütəmadi olaraq sosial şəbəkələrdə paylaşdığı bütün tur, otel, aviabilet kampaniyalarını, qiymət təkliflərini saytımızda, kateqoriyalarla daha rahat izləyə bilərsiniz. Rezervasiya etmək və məlumat almaq üçün bizimlə əlaqə saxlayın.

Ekskursiyalar bölməsində Dünyanın istənilən nöqtəsi üçün günlük və çox günlük bələdçili müxtəlif tur və ekskursiyalar paylaşılıb. Beynəlxalq Viator.com şirkətinin təqdim etdiyi xidmətlər vasitəsilə səyahətinizi daha da zövqlü edə biləcəksiniz. Həmçinin Tiqets.com vasitəsilə giriş biletlərini əldə edə bilərsiniz.

Bəli, bu bölümdə otel və aviabiletləri 1000-lərlə operatorun təklifləri arasından ən ucuz qiymətlərlə, birbaşa olaraq operatorun saytından ödəniş edib rezervasiya edə bilərsiniz.

Xidmətlər bölümündə turistlərin səyahət zamanı istifadə edə biləcəyi bütün xidmətlər Beynəlxalq şirkətlərin website’larına yönləndirilməklə təqdim edilmişdir.

eSim səyahət zamanı sizi yerli operatorların yüksək roaming xərclərindən xilas edir. Simsiz şəkildə sadəcə ucuz qiymətə paketlər alaraq internet və zənglərdən istifadə edə bilirsiniz.

Uçuş Kompensasiyası isə son 6 il ərzində gecikən və ləğv edilən bütün uçuşlarınız üçün sadəcə formu dolduraraq 400 Avroya qədər kompensasiya almağınıza vasitə olur

Bəli, saytımızda təqdim etdiyimiz transfer və rent a car xidmətləri beynəlxalq ən tanınmış nəqliyyat şirkətlərinə keçid edir, həm xidmətiniz həm ödənişləriniz qarantiyalıdır

Viza xidməti və səyahət sığortası saytımızda qlobal bir nömrəli viza xidməti olan Ivisa.com‘a və sığorta şirkəti Ekta‘ya keçid edir, bütün ölkələr üçün viza və sığorta xidməti sizə ödənişli təqdim edilir. Bundan əlavə birbaşa Owl Tourism şirkəti olaraq da bizimlə əlaqə saxlayaraq viza və sığorta xidmətlərimizdən yararlana bilərsiniz.

Rezervasiyalar və Şərtlər

İstəyiniz xidmətin səhifəsinə keçid edərək, xidmət və rezervasiya şərtləri ilə tanış olursunuz və xidməti göstərən şirkətin öz saytına keçid edərək güvənli şəkildə ödənişinizi edərək alış edirsiniz

Əlaqə bölməsindən şirkətimizlə istədiyiniz vasitəylə əlaqə saxlaya bilərsiniz. Həmçinin xidməti aldığınız zaman keçid etdiyiniz şirkətlə də əlaqəyə keçə bilərsiniz.

Saytımızda online olaraq ala biləcəyiniz bütün xidmətlər digər beynəlxalq şirkətlərin saytlarına yönləndirilir və alışı bizim saytımızda deyil orada alırsınız. Bütün geri qaytarma və dəyişikliklərlə bağlı alış etdiyiniz şirkətlə əlaqə saxlamalısınız. 

Saytımızda online olaraq ala biləcəyiniz bütün xidmətlər digər beynəlxalq şirkətlərin saytlarına yönləndirilir və alışı bizim saytımızda deyil orada alırsınız. Bütün geri qaytarma və dəyişikliklərlə bağlı alış etdiyiniz şirkətlə əlaqə saxlamalısınız. 

Ödəniş metodları keçid etdiyiniz şirkətin alış zamanı şərtlərində daha ətraflı göstərilir,  bank kartları , elektron pul kisələri kimi müxtəlif ödəniş metodları mümkündür.  Ödənişlərinizi keçid etdiyiniz beynəlxalq şirkətlərə edirsiniz və qlobal ödəniş təhlükəsizliyi tətbiq olunur bütün xidmətlərdə

Owl Tourism 2013 – cü ildən bəri offline turizm xidmətlərini ofis satışı edən şirkətdir. Burdakı xidmətləri bizimlə əlaqə saxlayaraq birbaşa bizdən də ala bilərsiniz.

owltourism.az saytımız isə həm şirkətimizin xidmətlərini sərgiləyən, həm dünya üzərindən bütün turistlərə ən optimal variantlarda, dünyanın ən böyük şirkətlərindən turizm xidmətlərini almağa yardımçı olan platformadır

Axtardığınızı tapa bilmirsiniz?