Mavi möcüzəsi

Kaputaş Çimərliyinin – Mavi Möcüzəsi

Mavi möcüzəsi olan Bir yol düşün; sahilə dolana-dolana enir, hər döngədə qarşına bir az daha gözəllik çıxar. Birdən görürsən ki, qayaların arasından mavilik boylanır. Elə bir mavilik ki, gözlərinə inanmaq çətin olur. Sanki göy üzü dənizin əli ilə tutuşub səni qarşılamağa gəlmiş. Bura Kaputaş çimərliyidir. Antalya bölgəsində, Kaş ilə Kalkan arasında sahil yolunda gedərkən maşını saxlayıb bir neçə pillə aşağı enirsən və qarşına Kaputaşın möhtəşəm mənzərəsi açılır.

Yuxarıdan baxanda qayaların arasına sıxılmış kimi görünsə də, əslində azadlığın özüdür burası. İlk baxışdan insanın içinə sərinlik, ruhuna isə sakitlik gətirir. Dənizin rəngi isə təsvir olunmaz – turkuazın ən saf halı. Günün işığına görə dəyişir: səhər açıq mavi möcüzəsi, günorta canlı turkuaz, axşamüstü isə dərin mavi.

Kaputaşa enmək üçün təxminən 180 pilləkən var. Amma yorulmazsan, çünki hər addımda bir az da valeh olarsan. Rüzgar sərinliyi xəbər verir, qayalara dəyən dalğaların səsi isə musiqi kimi qulağına çatır. Hər addımda yalnız dənizə deyil, sanki öz içinə də enirsən – şəhərin səsindən, qarışıqlığından uzaqlaşırsan.

Kaputaşın dənizi bir başqadır. Buraya axan yeraltı sular səbəbindən su həmişə sərin olur. Yayın istisində bu sərinlik insana rahatlıq gətirir. Əvvəlcə “çox soyuqdur” desən də, bir neçə üzgücdən sonra alışır və çıxmaq istəmirsən. Dənizin dibi xırda çınqıllarla örtülüb, bu da suyun parlaq və saf görünməsinə səbəb olur. Dalğaların sahilə çırpılması isə gözəl bir mənzərə yaradır. Bəzən dəniz dalğalı olur, amma bu da Kaputaşa vəhşi bir gözəllik qatır.

Burada böyük otellər, iri müəssisələr yoxdur. Kiçik bir bufet, bir neçə çətir və şezlonq kifayətdir. Onsuz da buraya gələnlər lüks yox, təbiilik axtarır. Quma yox, çınqıllara ayaq basarsan, amma bu belə insana yaxşı təsir edir – sanki hər addımda masaj alırsan.

Günü Kaputaşda keçirdikdən sonra gün batımı ilə göy üzü çəhrayıya boyanar. Günəş dağların arxasında gizlənərkən, dənizin üzərindəki əksinə baxanda elə bil sənə “bir arzu tut” deyir.

Mavi möcüzəsi

O anı əbədiləşdirmək istəsən, təkcə bir foto kifayət etməz. Çünki o mənzərənin insanda buraxdığı duyğu bir ekrana sığmaz. Kaputaş Çimərliyi sadəcə bir çimərlik deyil, bir hissin adıdır. Ora endiyin an zaman dayanır. Dalğaların səsi ilə danışan təbiət, küləyin saçlarına toxunuşu, mavinin saysız çaları və göy üzü ilə birləşən dəniz… Hər şey öz yerindədir. Çünki Kaputaş təbiətin ən gözəl hekayələrindən birini söyləyir: sadəlik – gözəllikdir. Owl Turizm ilə Kəşf et.