Lüks səyahət trendləri yenidən formalaşır!

Lüks Səyahət

Səyahət sənayesi, müasir texnologiyalar və unikal təcrübələrlə sərnişinlərinə unudulmaz tətillər təqdim etməyə hazırlaşır. 2025-ci il, lüks səyahət həvəskarları və kruiz maraqlıları üçün yeni bir dövrün müjdəçisi olacaq! Camelot Maritime şirkətinə məxsus Astoria Grande, 2025-ci ilin ilk səfərini 1015 turistlə həyata keçirərək kruiz səyahətlərində lüks və komfortun sərhədlərini aşacağının siqnallarını verdi. Astoria Grande, sərnişinlərinə lüks tətil imkanı təqdim etməklə yanaşı, Türkiyənin unikal mədəni və tarixi zənginliklərini kəşf etmə fürsəti də yaradır.

 

Dənizlərdə bənzərsiz tətil təcrübəsi təqdim edərək Türkiyədə xarici bayraqlı kruiz gəmisini idarə edən ilk şirkət olan Camelot Maritime, Astoria Grande kruiz gəmisi ilə turizm sektorunda yeni bir mərhələ açmağa davam edir. Gəmi, müasir avadanlığı, yüksək xidmət keyfiyyəti və geniş imkanları ilə sərnişinlərinə unudulmaz bir səyahət təqdim edir. 11 mərtəbəli quruluşu və geniş daxili məkanları ilə idman zalları, kinoteatr, teatr, cakuzi, hovuz, kazino kimi imkanlarla hər yaş qrupundakı sərnişinlərin ehtiyaclarını qarşılayır. Bundan əlavə, spa və masaj salonları ilə yolçular səfərləri boyunca rahatlanma imkanı əldə edirlər.


2025-ci ilə dair gözləntilərini bölüşən Camelot Maritime İdarə Heyətinin Sədri Emrah Yılmaz Çavuşoğlu belə deyib:
“Kruiz səyahətləri lüks səyahət təcrübəsini ən yüksək səviyyəyə daşıyır. 2025-ci ildə komfort, zəriflik və bənzərsiz marşrutların ön plana çıxacağı bir dövr olacaq. Sərnişinlərimizə unudulmaz xatirələr bəxş etmək üçün Astoria Grande-ni ən yeni trendlərlə təchiz edirik.”

2025-ci ildə lüks səyahət trendləri formalaşır.

Lüks səyahət anlayışı sürətlə dəyişir və yeni trendlər formalaşır. 2025-ci ildə kruiz gəmiləri klassik tətil anlayışını geridə qoyaraq, sərnişinlərə daha interaktiv, lüks və fərdi təcrübələr təqdim edəcək. Rəqəmsallaşma və dayanıqlılığa yönəlmiş yatırımlar isə 2025-ci ildə lüks səyahət təcrübələrini köklü şəkildə dəyişdirəcək əsas amillər arasında yer alır. Fərdiləşdirilmiş marşrut seçimləri, xüsusi dizayn olunmuş qastronomik təcrübələr və mədəni qarşılıqlı əlaqəni ön plana çəkən səyahət planlamaları, sərnişinlərin gözləntilərini yeni bir mərhələyə qaldırır.Kruiz sektoru da bu yenilikçi axından təsirlənərək, yalnız daha böyük və lüks gəmilər təqdim etməklə kifayətlənmir, həm də səyahət təcrübəsini başlanğıcdan sona qədər formalaşdıran yeni yanaşmalar inkişaf etdirir. Emrah Yılmaz Çavuşoğlu isə bu dəyişikliyə diqqət çəkərək belə deyib:

“Kruiz sektoru, 2025-ci ildə yalnız daha böyük və lüks gəmilərlə deyil, həm də səyahət təcrübəsini yenidən formalaşdıran innovativ yanaşmalarla seçiləcək. Artıq sərnişinlər sadəcə bir istiqamətə çatmaq üçün deyil, yolçuluğun özünü bir təcrübə kimi yaşamaq üçün gəmilərə minirlər. Biz də bu istiqamətdə qonaqlarımıza xüsusi, unudulmaz və bənzərsiz bir səyahət təqdim etməyə fokuslanırıq.”

Mavigöy sularda unudulmaz lüks səyahət

Astoria Grande, müasir avadanlıqları və yüksək xidmət keyfiyyəti ilə qonaqlarına bənzərsiz bir tətil təqdim edir. 193 metr uzunluğa və 1340 sərnişin tutumuna sahib olan gəmi, geniş sosial məkanları, restoranları və əyləncə imkanları ilə səyahəti bir imtiyaza çevirir. Astoria Grande, Rusiyadan başlayan səfərlərlə Türkiyənin Qara dəniz və Egey limanlarına reyslər həyata keçirərək sərnişinlərinə ölkənin mədəni və tarixi irsini kəşf etmək imkanı yaradır. İstanbul, İzmir, Trabzon, Samsun, Sinop, Amasra kimi limanlara dayanaraq turistlərin yerli esnafla ünsiyyət qurmasını təmin edir və ölkə turizminə, eləcə də iqtisadiyyatına böyük töhfə verir.

Qastronomiya ilə lüks səyahətin qovuşduğu məkan

Astoria Grande təkcə komfortlu bir səyahət deyil, eyni zamanda dünya mətbəxinin ən seçkin ləzzətləri ilə unudulmaz bir qastronomiya təcrübəsi təqdim edir. Türk, italyan, ingilis və ərəb mətbəxlərinin ən xüsusi dadları dünyaca məşhur şeflər tərəfindən hazırlanaraq qonaqlara təqdim olunur. Dəniz mənzərəsi müşayiəti ilə dad kəşfinə çıxmaq isə səyahətin ən zövqlü anlarından birinə çevrilir. Çavuşoğlu, qastronomiyanın kruiz təcrübəsinin ayrılmaz bir parçası olduğunu vurğulayaraq belə deyib:

“Qonaqlarımız üçün səyahət təcrübəsi yalnız marşrutlarla məhdudlaşmır, dadına baxdıqları ləzzətlərlə də unudulmaz olur. Astoria Grande-də dünya mətbəxlərinin ən xüsusi nümunələri lüks bir atmosferdə təqdim edilir. Lüks yaşayış sahələri, əyləncə və istirahət imkanları ilə qonaqlarına hər anını xüsusi hiss etdirən bir mühit yaradan Astoria Grande, kruiz turizmini sadəcə bir nəqliyyat vasitəsi olmaqdan çıxararaq başlı-başına bir təcrübəyə çevirir.”

Gigiyena və təhlükəsizlikdə ən yüksək standartlar

Lüks səyahətin vazkeçilməz elementlərindən biri də təhlükəsizlik və gigiyena standartlarıdır. Astoria Grande, sərnişinlərinə ən yüksək gigiyena şəraitini təmin edərək təhlükəsiz bir səyahət mühiti yaradır. Gəminin bütün sahələri müntəzəm olaraq dezinfeksiya edilir, təcrübəli personal isə gigiyena protokollarını ən yüksək səviyyədə tətbiq edir. “Qonaqlarımızın sağlamlığı bizim üçün ən böyük prioritetdir. Astoria Grande olaraq, ən diqqətli gigiyena standartlarını tətbiq edərək sərnişinlərimizə rahatlıqla səyahət etmək imkanı təqdim edirik,” deyən Çavuşoğlu, lüks səyahətin yalnız komfortla deyil, eyni zamanda təhlükəsizliklə də mümkün olduğunu vurğuladı.